2023-cü ilin aprelin 25-də Mingəçevir Dövlət Universitetinin (MDU) tərəfdaşı olduğu “Virtual Gənclər Biznes Habları Beynəlxalq Şəbəkəsi” (Virtual Youth Business Hubs International Network – VEHUB4YOU) adlı Erasmus+ qrant layihəsinin açılış mərasimi keçirilib. Açılış mərasimində Kiyev Milli Texnologiyalar və Dizayn Universitetinin (Ukrayna) rektoru İvan Qrişenko, MDU-nun rektoru Şahin Bayramov, RISEBA Tətbiqi Elmlər Universitetinin (Latviya) prorektoru Nellija Titova, Floggia Universitetinin (İtaliya) Beynəlxalq ofisinin rəhbəri və layihə koordinatoru Giulio Esposito, layihə meneceri Oleksandra Olşanska, Azərbaycanda Erasmus+ ofisinin rəhbəri Pərviz Bağırov və digər iştirakçı ölkələrin Erasmus+ ofislərinin rəhbərləri çıxış ediblər. Çıxışlarda layihənin ali təhsil və cəmiyyət üçün önəmindən, təqdim etdiyi imkanlardan və gözləntilərdən bəhs edilib. Bildirilib ki, 36 ay ərzində (2023-2025) icra edilməsi nəzərdə tutulan layihənin əsas məqsədi virtual mübadilə texnologiyalarından istifadə yolu ilə biznes üzrə bilikləri Avropa İttifaqından Ukrayna və Azərbaycan gənclərinə ötürməkdir. Gənclər sahəsində potensialın gücləndirilməsinə, əməkdaşlıq və mübadiləyə dəstək göstərən layihənin ümumi büdcəsi 349 841 avro təşkil edir. İtaliyanın Floggia Universitetinin koordinatoru olduğu layihənin tərəfdaşları arasında Azərbaycandan MDU, Latviyadan RISEBA Tətbiqi Elmlər Universiteti, Ukraynadan Kiyev Milli Texnologiyalar və Dizayn Universiteti, Sosial və İqtisadi Təşəbbüslər İnstitutu və Kiyev Təhsil, Təlim və Gənclər Mərkəzi yer almışdır. Tərəfdaş universitet qismində layihədə təmsil olunmaqdan məmnunluğunu ifadə edən MDU-nun rektoru Ş.Bayramov belə bir vacib layihənin hazırlanmasında əməyi olanlara təşəkkürünü bildirib. Gənclərin sürətlə dəyişən qlobal, regional və milli əmək bazarlarının tələblərinə uyğun səviyyədə potensiallarının inkişaf etdirilməsinin prioritet vəzifələrdən olduğunu diqqətə çatdıran rektor bu baxımdan sözügedən Erasmus+ layihəsinin üstünlüklərindən və başlıca hədəflərindən danışıb. Diqqətə çatdırıb ki, VEHUB4YOU layihəsi təhsil müəssisələrində sahibkarlıq ekosisteminin gücləndirilməsi, biznes düşüncə tərzinin inkişaf etdirilməsi, universitet-sənaye əməkdaşlığının və innovasiyaların təşviq edilməsində əhəmiyyətli rol oynayacaqdır. Layihənin icrasına MDU-nun əməkdaş, tələbə və məzunları ilə yanaşı, Mingəçevir şəhərinin ümumtəhsil məktəblərinin müəllim və şagirdləri, yerli biznes nümayəndələri və maraqlanan bütün gənclərin fəal cəlb olunacağını vurğulayan Ş.Bayramov bütün iştirakçılara uğurlar arzulayıb. Qeyd edək ki, VEHUB4YOU layihəsi “Ali Təhsil və Gənclər üzrə Virtual Mübadilə” (ERASMUS-EDU-2021-VIRT-EXCH) proqramı çərçivəsində Avropa Komissiyası tərəfindən 2022-ci ildə qalib elan olunub. VEHUB4YOU layihə konsorsiumunun üzvləri Ukrayna və Azərbaycanda məktəblər, universitetlər və kənd kitabxanalarında 70 virtual beynəlxalq biznes hablarının daxil olduğu Virtual Gənclər Biznes Hubları Beynəlxalq Şəbəkəsinin təşkilinə və orta məktəb şagirdləri, kollec və universitet tələbələri üçün biznes fəaliyyətinin öyrədilməsinə ümumi səylər göstərəcəklər. Avropa universitetləri Ukrayna və Azərbaycandakı universitetlərin və gənclər təşkilatlarının köməyi ilə öz biznes kurslarını və müəllimlərin təcrübələrini Şərq Tərəfdaşlığı ölkələrinin gəncləri ilə bölüşəcəklər. Layihə iştirakçıları onlayn biznes təlimləri üçün metodiki vəsaitlər fondu hazırlayacaqlar. Bundan əlavə, yerli tələblər nəzərə alınmaqla hab rəhbərləri və fasilitatorlar üçün təlim proqramı dərc olunacaq. VEHUB4YOU layihəsinin müasir Avropa təhsilinə çıxışı təmin etməklə biznes təhsilinin keyfiyyətini artıracağı və biznes bacarıqlarını inkişaf etdirəcəyi gözlənilir. Eləcə də, məktəb, kollec və universitetlərin təhsil proqramlarının virtual öyrənmənin yeni tendensiyalarına uyğun modernləşdirilməsi və virtual təhsilin effektivliyinin artırılması nəzərdə tutulur.
Blog
-

A meeting was held with members of the Mingachevir State University Public Oversight Council.
On December 30, 2023, the next meeting was held with the members of the Public Oversight Council (POC) of Mingachevir State University (MSU).
At a meeting dedicated to the results of the year, MSU Rector Shahin Bayramov provided detailed information about the work done at the university in 2023, the results achieved, and the tasks ahead.
Stressing that 2023 is marked by the declaration of the “Year of Heydar Aliyev” in the country in accordance with the relevant Decree of the President of the Republic of Azerbaijan, the rector spoke about the numerous and variously formatted events held at the university on the occasion of the 100th anniversary of the birth of our National Leader. He noted that the study and promotion of the rich heritage of the great personality is one of the main priorities of the university’s activities.
Noting that the year 2023 was engraved in golden letters in the glorious history of our people with the full provision of our sovereignty thanks to the resolute leadership of our victorious Supreme Commander-in-Chief Ilham Aliyev and the invincible power of the brave Azerbaijani Armed Forces, the rector spoke about the activities that contributed to the strengthening of patriotic education at the university during the reporting period. He noted that the celebration of the April battles, the 44-Day Patriotic War, Memorial Day, Victory Day and other historically significant events with a series of events, the visiting of the teaching and student staff to the families of martyrs and the holding of meetings with veterans have become a tradition at MSU and have served to educate young people in a spirit of devotion to the Motherland, people and state.
At the same time, Sh. Bayramov, noting that the selection of Mingachevir as the “Youth Capital” of 2023 and the celebration of the 75th anniversary of its establishment are also reflected in the multifaceted activities of MSU, expressed his satisfaction with the university’s high activity in these areas and its favorable reception by the city community.
Speaking about the measures implemented in 2023 in MSU to improve the quality of personnel training, increase the efficiency of scientific and innovative activities, increase the effectiveness of management, improve work with students and graduates, develop human resources potential, and other areas, Sh. Bayramov noted that cooperation with industry and the continuous development of local and international partnerships play an important role in the success of these steps aimed at strengthening the potential of the university and increasing the attractiveness of the academic environment.
In addition, the rector, speaking about the importance of continuous communication with society in the modernization of the university, noted that developing a culture of accountability at MSU, communicating the results achieved to the general public, and taking into account the opinions and suggestions received from them have also had a positive impact on the university’s activities as a whole. Recalling that it has been four years since the establishment of the MSU Public Oversight Council, the main purpose of which is to increase transparency in university management and ensure public accountability, the rector spoke about the role and prospective importance of this institution, which is represented by well-known and influential intellectuals of the city of Mingachevir, in the development of university life in 2023.
Stressing that in the coming years, the creation of a transparent and more flexible university management model, increasing the use of digital solutions, and forming a student-centered modern higher education environment will be kept in the spotlight as strategic directions of action, Sh. Bayramov brought to attention the tasks ahead. The Rector congratulated the members of the Council on December 31 – World Azerbaijanis Solidarity Day and the New Year holiday, and wished them success in their future activities.
Speaking at the meeting, which continued in a cordial format, the Council members noted that the year 2023 was remembered for its magnificent historical events and achievements that brought great pride and honor to our people.
Noting that the main mission of MSU is to prepare highly qualified personnel contributing to sustainable development, conduct result-oriented scientific research and provide useful social services to society, the Council members expressed their satisfaction with the multifaceted activities carried out at the university during the reporting period. Expressing their confidence that the work done will further strengthen the position of this higher education institution in the national higher education space and in society, the Council members conveyed their holiday greetings to the university administration and staff members.
Then, the newly published book “Mingachevir State University on the Path to Modernization” authored by Rector Sh. Bayramov was presented to the members of the CSU and commemorative photos were taken.
-

MDU-nun İctimai Nəzarət Şurasının üzvlərilə görüş keçirilib
2023-cü il dekabrın 30-da Mingəçevir Dövlət Universitetinin (MDU) İctimai Nəzarət Şurasının (İNŞ) üzvləri ilə növbəti görüş keçirilib.
İlin yekunlarına həsr olunmuş görüşdə MDU-nun rektoru Şahin Bayramov 2023-cü ildə universitetdə görülmüş işlər, əldə edilmiş nəticələr və qarşıda duran vəzifələr barədə ətraflı məlumat verib.
Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamına əsasən 2023-cü ilin ölkədə “Heydər Əliyev İli” elan edilməsi ilə əlamətdar olduğunu vurğulayan rektor Ümummilli Liderimizin anadan olmasının 100-cü ildönümü münasibətilə universitetdə keçirilmiş çoxsaylı və müxtəlif formatlı tədbirlərdən bəhs edib. Bildirib ki, dahi şəxsiyyətin zəngin irsinin öyrənilməsi və təbliği universitet fəaliyyətinin əsas prioritetlərindəndir.
Müzəffər Ali Baş Komandanımız İlham Əliyevin qətiyyətli rəhbərliyi və rəşadətli Azərbaycan Silahlı Qüvvələrinin yenilməz gücü sayəsində suverenliyimizin tam təmin olunması ilə 2023-cü ilin xalqımızın şanlı tarixinə qızıl hərflərlə həkk olunduğunu qeyd edən rektor hesabat dövründə universitetdə vətənpərvərlik tərbiyəsinin gücləndirilməsinə töhfə verən fəaliyyətlərdən bəhs edib. Diqqətə çatdırıb ki, Aprel döyüşləri, 44 Günlük Vətən Müharibəsi, Anım Günü, Zəfər Günü və digər tarixi əlamətdar hadisələrin silsilə tədbirlərlə qeyd olunması, müəllim və tələbə kollektivinin şəhid ailələrini ziyarət etməsi və qazilərlə görüşlərin keçirilməsi MDU-da ənənə halını alıb və gənclərin Vətənə, xalqa və dövlətə bağlı ruhda yetişdirilməsinə xidmət edib.
Eyni zamanda, Mingəçevirin 2023-cü ilin “Gənclər paytaxtı” seçilməsi və yaradılmasının 75 illiyinin qeyd edilməsinin MDU-nun çoxşaxəli fəaliyyətlərində də öz əksini tapdığını qeyd edən Ş.Bayramov bu istiqamətlərdə də universitetin yüksək fəallığı ilə fərqlənməsindən və şəhər ictimaiyyəti tərəfindən rəğbətlə qarşılanmasından məmnunluğunu ifadə edib.
2023-cü ildə MDU-da kadr hazırlığının keyfiyyətinin yüksəldilməsi, elm və innovasiya fəaliyyətinin səmərəliliyinin artırılması, idarəetmənin effektivliyinin yüksəldilməsi, tələbə və məzunlarla işin təkmilləşdirilməsi, kadr potensialının inkişafı və digər sahələrdə həyata keçirilmiş tədbirlərdən bəhs edən Ş.Bayramov universitetin potensialının gücləndirilməsinə və akademik mühitin əlverişliliyinin artırılmasına hədəflənən bu addımların uğurla nəticələnməsində sənaye ilə işbirliyinin, yerli və beynəlxalq tərəfdaşlıqların davamlı inkişaf etdirilməsinin mühüm rol oynadığını bildirib.
Bununla yanaşı, universitetin müasirləşməsində cəmiyyətlə davamlı kommunikasiyanın önəmindən danışan rektor MDU-da hesabatlılıq mədəniyyətinin inkişaf etdirilməsi, əldə olunan nəticələrin geniş ictimaiyyətə çatdırılması və onlardan daxil olan rəy və təkliflərin diqqətdə saxlanılmasının da bütövlükdə universitet fəaliyyətinə müsbət təsir göstərdiyini qeyd edib. Əsas məqsədi universitet idarəçiliyində şəffaflığın artırılmasından və ictimai hesabatlılığın təmin edilməsindən ibarət olan MDU İctimai Nəzarət Şurasının yaradılmasının dörd ilinin tamam olduğunu xatırladan rektor Mingəçevir şəhərinin tanınmış və nüfuzlu ziyalılarının təmsil olunduğu bu təsisatın 2023-ci ildə universitet həyatının inkişafındakı rolundan və perspektiv əhəmiyyətindən bəhs edib.
Növbəti illərdə də, şəffaf və daha çevik universitet idarəetmə modelinin yaradılması, rəqəmsal həllərdən istifadənin artırılması, tələbəmərkəzli müasir ali təhsil mühitinin formalaşdırılmasının strateji fəaliyyət istiqamətləri olaraq diqqət mərkəzində saxlanılacağını vurğulayan Ş.Bayramov qarşıda duran vəzifələri diqqətə çatdırıb. Rektor 31 Dekabr – Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il bayramı münasibəti ilə Şura üzvlərini təbrik edib, gələcək fəaliyyətlərində onlara uğurlar arzulayıb.
Səmimi formatda davam edən görüşdə Şura üzvləri çıxış edərək 2023-cü ilin xalqımıza böyük qürur və fəxarət hissləri yaşadan möhtəşəm tarixi hadisələrlə və nailiyyətlərlə yadda qaldığını qeyd ediblər.
MDU-nun əsas missiyasının dayanıqlı inkişafa töhfə verən yüksək ixtisaslı kadrlar hazırlamaq, nəticəyönümlü elmi tədqiqatlar aparmaq və cəmiyyətə faydalı sosial xidmətlər göstərmək olduğunu diqqətə çatdıran Şura üzvləri bununla bağlı hesabat dövründə universitetdə həyata keçirilən çoxşaxəli fəaliyyətlərdən məmnunluqlarını bildiriblər. Görülən işlərin bu ali təhsil müəssisəsinin milli ali təhsil məkanında və cəmiyyətdə mövqeyini daha da möhkəmləndirəcəyinə əminliklərini ifadə edən Şura üzvləri universitet rəhbərliyinə və kollektiv üzvlərinə bayram təbriklərini çatdırıblar.
Sonra, İNŞ üzvlərinə rektor Ş.Bayramovun müəllifliyi ilə yeni nəşr olunmuş “Mingəçevir Dövlət Universiteti modernləşmə yolunda” adlı kitab təqdim edilib və xatirə şəkilləri çəkdirilib.
-

Rektor Şahin Bayramov Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni İl münasibətilə paylaşım edib
MDU-nun
Mingəçevir Dövlət Universitetinin (MDU) əziz əməkdaşları, tələbələri, magistrantları, məzunları və tərəfdaşları!
Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni 2024-cü il münasibətilə Sizi və doğmalarınızı ürəkdən təbrik edirik!
Həmrəyliyimiz hər zaman möhkəm olsun!
2024-cü il MDU ailəsinin bütün üzvlərinə xoş günlər, cansağlığı və bol uğurlar bəxş etsin!
MDU-nun yeni dövrün universitetinə çevrilməsi yolunda hər birinizə tükənməz enerji və yeni-yeni nailiyyətlər arzulayırıq!
Bayramlarınız mübarək olsun!
Şahin Bayramov
Mingəçevir Dövlət Universitetinin rektoru
-

Təqaüddə olan MDU əməkdaşları evlərində ziyarət olunub
Mingəçevir Dövlət Universitetinin (MDU) rektoru Şahin Bayramov 31 Dekabr – Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni İl bayramı münasibətilə bu ali təhsil müəssisəsinin hazırda təqaüddə olan keçmiş əməkdaşları Sevda Mikayılova, Qəhrəman Kələşov və Eldar Məhərrəmovu evlərində ziyarət edib.
MDU ailəsinin təqaüddə olan üzvləri ilə görüşlərdə rektor universitetin inkişafında uzunmüddətli fəaliyyətlərinə görə onlara təşəkkürünü bildirib və bayram təbriklərini çatdırıb.
Keçmiş əməkdaşlar göstərilən diqqətə görə minnətdarlıqlarını ifadə edib və yeni ildə universitet kollektivinə uğurlar arzulayıblar.
-

MDU Elmi Şurasının cari ildə sonuncu iclası keçirilib
Dekabrın 30-da Mingəçevir Dövlət Universitetinin (MDU) Elmi Şurasının 2023-cü ildə sonuncu iclası keçirilib. İclası açan MDU-nun rektoru Şahin Bayramov gündəlikdə duran məsələləri diqqətə çatdırıb.
Gündəliyə uyğun olaraq, iclasda “Heydər Əliyev İli” çərçivəsində MDU-da həyata keçirilmiş fəaliyyətlər, 2023/2024-cü tədris ilinin payız semestrinin imtahan sessiyasına hazırlığın vəziyyəti və 2023-cü il ərzindəki elmi fəaliyyət haqqında hesabatlar dinlənilib. Aparılan müzakirələrdən sonra, müvafiq tövsiyələrin nəzərə alınması ilə hər üç hesabat qəbul edilib.
Sonra 4 dərs vəsaitinin nəşr olunması haqqında təklif müzakirəyə çıxarılıb və qəbul olunub.
İclasın sonunda rektor Ş.Bayramov 31 Dekabr – Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il bayramı münasibətilə MDU ailəsinin bütün üzvlərini təbrik edib, onlara yeni təqvim ilində möhkəm cansağlığı və uğurlar arzulayıb.
-

MDU-da 2023-cü ilin yekunları ilə bağlı əməkdaşlarla görüş keçirilib
2023-cü il dekabrın 29-da Mingəçevir Dövlət Universitetində (MDU) akademik və inzibati heyət üzvləri ilə cari ilin yekunlarına həsr olunmuş görüş keçirilib.
Görüşdə “Heydər Əliyev İli” çərçivəsində MDU-da reallaşdırılan çoxşaxəli fəaliyyətlər, 2023-cü ildə tədris, elm, beynəlxalq əməkdaşlıq və digər sahələrdə əldə olunan nailiyyətlər barədə ətraflı məlumat verən rektor Şahin Bayramov universitetin strateji hədəflərinə uyğun olaraq növbəti ildə qarşıda duran vəzifələrdən bəhs edib.
MDU-nun yeni dövrün universitetinə çevrilməsində hər bir əməkdaşın üzərinə düşən məsuliyyətdən danışan rektor bu istiqamətdə səylərin daha da gücləndirilməsinin vacibliyini diqqətə çatdırıb.
Universitetin uğurlarında pay sahibi olan əməkdaşlara təşəkkürünü bildirən Ş.Bayramov 31 Dekabr – Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il bayramı münasibətilə onları təbrik edib və gələcək fəaliyyətlərində uğurlar arzulayıb.
Görüşdə çıxış edən universitetin kollektiv üzvləri MDU-da əldə edilən nailiyyətlərdə kadr potensialının inkişafı istiqamətində görülən işlərin mühüm əhəmiyyət kəsb etdiyini vurğulayıblar. Göstərilən diqqətə görə minnətdarlıqlarını ifadə edən əməkdaşlar bayram təbriklərini çatdırıblar.
Sonra, “Heydər Əliyev İli” çərçivəsində həyata keçirilən fəaliyyətlərdə xüsusi əməyi olan MDU-nun bir qrup əməkdaşı “Fəxri Fərman” ilə təltif edilib və xatirə şəkilləri çəkdirilib.
-

MDU tələbələri ilə 2023-cü ilin yekunlarına həsr olunmuş görüş keçirilib
2023-cü ilin 29 dekabr tarixində Mingəçevir Dövlət Universitetinin (MDU) rektoru Şahin Bayramov cari ildə universitet həyatının müxtəlif sahələrində fəallığı ilə seçilmiş bir qrup tələbə və magistrantla görüş keçirib.
İlin yekunlarına həsr olunmuş görüşdə Ş.Bayramov MDU-nun uğurlarında tələbə gənclərin mühüm rol oynadığını vurğulayıb və universitetin müasirləşməsi istiqamətində görülən işlərə verdikləri töhfələrə görə onlara təşəkkürünü bildirib. Rektor MDU ailəsinin gənc üzvlərinə 31 Dekabr – Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il bayramı münasibətilə təbriklərini çatdırıb və gələcək fəaliyyətlərində uğurlar arzulayıb.
Tələbə və magistrantlar göstərilən diqqətə görə universitet rəhbərliyinə minnətdarlıqlarını ifadə ediblər. MDU-da 2023-cü ilin tələbə nailiyyətlərində gənclərin hərtərəfli inkişafına hədəflənən müvafiq imkanların və çoxşaxəli tələbə həyatının təmin edilməsinin mühüm paya sahib olduğunu vurğulayaraq, göstərilən dəstəyi və etimadı hər zaman doğrultmağa çalışacaqlarına əminliklərini bildiriblər.
Sonra, “Heydər Əliyev İli” çərçivəsində həyata keçirilən tədbirlərdə, tədris, elmi, könüllülük, intellektual, idman və digər fəaliyyətlərdə seçilən tələbə və magistrantlar “Fəxri Fərman” və “Təşəkkürnamə” ilə təltif edilib və xatirə şəkilləri çəkdirilib.
-

“Azərbaycan” qəzetində rektor Şahin Bayramovun “Tarixi şəxsiyyətin zəngin irsinin öyrənilməsi və təbliği fəaliyyət prioritetidir” başlıqlı məqaləsi dərc olunub
“Azərbaycan” qəzeti, 30.12.2023
Qəzetin PDF versiyasıMöhtərəm Prezident tərəfindən “Heydər Əliyev İli” elan edilmiş 2023-cü il ərzində Azərbaycanda və ölkəmizdən kənarda reallaşdırılan çoxşaxəli və müxtəlif formatlı fəaliyyətlər qədirbilən xalqımızın Ümummilli Liderinə olan dərin ehtiramını və sonsuz sevgisini bir daha nümayiş etdirdi. Müasir Azərbaycan dövlətinin memarı olan Heydər Əliyevin anadan olmasının 100-cü ildönümü çərçivəsində həyata keçirilmiş tədbirlər dahi şəxsiyyətin zəngin irsinin nəhəng əzəmətini və qlobal miqyasını daha dolğun dərk etməyimizə imkan yaratdı.
Gəldiyimiz əsas qənaət ondan ibarətdir ki, dünyaşöhrətli siyasi xadim, xalqımızın xilaskarı, Ümummilli Lider Heydər Əliyev dövlət müstəqilliyimizin qorunması və gücləndirilməsi, ölkəmizin hərtərəfli və davamlı inkişafı naminə həyata keçirdiyi uzaqgörən və qətiyyətli siyasəti, çoxşaxəli titanik fəaliyyəti ilə hər bir azərbaycanlının qəlbində özünün əbədi heykəlini ucaldıb. Həqiqət odur ki, hazırda tarixinin ən qüdrətli dövrünü yaşayan və zəfərin şanlı səhifələrini yazmaqda davam edən müasir Azərbaycan Ümummilli Liderimizin şah əsəridir.
Qürurverici və fərəhləndirici haldır ki, “Azərbaycanı qüdrətli dövlətə çevirmək üçün ən başlıcası, ölkədə Heydər Əliyevin siyasəti davam etdirilməlidir” deməklə Ümummilli Liderin ideyalarına və siyasi kursuna sadiqliyini ifadə edən möhtərəm Prezident İlham Əliyev son 20 ildə nəhəng uğurlara və tarixi qələbələrə imza atıb və bununla da, Ulu Öndərin müəyyən etdiyi siyasi xəttin əbədiyaşarlığını bir daha təsdiqləyib.
Ümummilli Liderimizin zəngin irsini hərtərəfli öyrənmək, araşdırmaq, gənc nəslə ötürmək və geniş ictimaiyyət arasında təbliğ etmək hər bir vətəndaşın, xüsusilə də təhsil işçilərinin əsas və şərəfli vəzifələrindəndir. Bu vəzifənin öhdəsindən layiqincə gəlmək hazırda yeni dövrün universitetinə çevrilməyi hədəfləyən, yüksəkixtisaslı mütəxəssis və layiqli vətəndaş hazırlamaq missiyasını reallaşdırmağa çalışan Mingəçevir Dövlət Universitetində (MDU) daimi diqqət mərkəzində saxlanılır. Bu baxımdan, Ulu Öndərimizin 100 illik yubileyini fəxarətlə qeyd etdiyimiz “Heydər Əliyev İli” çərçivəsində universitetdə müvafiq tədbirlər planının yüksək səviyyəsində icrasına xüsusi əhəmiyyət verilib.
2023-cü təqvim ili ərzində MDU-da Ümummilli Liderimizin anadan olmasının 100 illiyinə həsr olunan ümumilikdə 20 elmi konfrans keçirilib. Bunlardan biri respublika, üçü beynəlxalq səviyyəli konfrans olub. 4-5 may tarixlərində “Heydər Əliyev-100: müstəqil Azərbaycanın qurucusu və hərtərəfli inkişaf strategiyasının müəllifi” mövzusunda keçirilən respublika elmi konfransı böyük marağa səbəb olub. Konfransın bölmələri “Heydər Əliyevin azərbaycançılıq və dövlətçilik ideologiyası”, “Heydər Əliyevin dövlət və ordu quruculuğu siyasəti”, “Heydər Əliyevin xarici siyasəti”, “Heydər Əliyevin davamlı iqtisadi inkişaf strategiyası”, “Heydər Əliyevin Azərbaycan dili və ədəbiyyatının inkişafı siyasəti”, “Heydər Əliyevin elm və təhsil siyasəti”, “Heydər Əliyevin təhsil siyasəti”, “Heydər Əliyevin mədəni və milli-mənəvi inkişaf siyasəti”, “Heydər Əliyevin gənclərin inkişafı siyasəti” və “Heydər Əliyevin iqtisadiyyatın sahələri üzrə inkişaf siyasəti” mövzularına həsr edilib. Konfransın nəfis tərtibatda dərc edilən kitabında Ulu Öndərimizin zəngin irsindən bəhs edən 220 elmi məqalə yer alıb.
İyunun 19-da MDU, Azərbaycan Respublikasının Türkiyə Respublikasındakı səfirliyi və Qazi Universitetinin birgə təşkilatçılığı ilə Ankarada “Heydər Əliyev və Azərbaycan-Türkiyə əlaqələrinin inkişafı” mövzusunda beynəlxalq elmi konfrans keçirilib. MDU nümayəndə heyətinin qatıldığı konfransda hər iki universitetin alimləri “Heydər Əliyev və “Bir millət, iki dövlət” anlayışı”, “Heydər Əliyevin Türk Dünyasının birliyinə töhfələri”, “Heydər Əliyev dönəmi və Türkiyə-Azərbaycan mədəni əlaqələri” və “Azərbaycanın sevinci bizim sevincimiz, kədəri bizim kədərimizdir” və “Bir millət, iki dövlət” sözlərinin türk sənətində izləri” mövzusunda məruzələrlə çıxış ediblər.
İyunun 20-də MDU, Azərbaycan Respublikasının Türkiyə Respublikasındakı səfirliyi və Ankara Hacı Bayram Veli Universitetinin birgə təşkilatçılığı ilə Ankarada “Azərbaycan və Türkiyə: Bir millət, iki dövlət, tək yumruq” mövzusunda növbəti beynəlxalq elmi konfrans keçirilib. Hər iki universitetin alimlərinin çıxış etdiyi konfransda Azərbaycan-Türkiyə münasibətləri, Heydər Əliyevin bu sahədəki misilsiz xidmətləri, Ümummilli Liderimizin türk xalqlarının ədəbiyyatına töhfələri və digər mövzularda elmi müzakirələr aparılıb.
Dekabrın 8-9-da Elm və Təhsil Nazirliyi, İqtisadiyyat Nazirliyi və Mingəçevir Şəhər İcra Hakimiyyətinin dəstəyi ilə MDU-da Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100-cü ildönümünə həsr olunmuş “Davamlı inkişaf strategiyası: qlobal trendlər, milli təcrübələr və yeni hədəflər” mövzusunda II beynəlxalq elmi konfrans keçirilib. 5 ölkənin (Azərbaycan, Türkiyə, Litva, Ukrayna, Qırğız Respublikası) 7 universitetinin (Qazi Universiteti, Ankara Hacı Bayram Veli Universiteti, Kayseri Universiteti, Mikolas Romeris Universiteti, Kiyev Milli Texnologiyalar və Dizayn Universiteti, Qırğız İqtisad Universiteti) birgə təşkilatçılığı ilə baş tutan konfransın məqsədi davamlı iqtisadi inkişaf, dördüncü sənaye inqilabı, postkonflikt dövründə müasir tendensiyalar, keyfiyyətli təhsil, “yaşıl enerji” və digər mövzularda elmi müzakirələrin aparılmasından ibarət olub. Konfransa 159-u xaricdən olmaqla ümumilikdə 562 tezis və məqalə daxil olub.
Bundan başqa, MDU 2023-cü ildə Yeni Azərbaycan Partiyası Mingəçevir şəhər təşkilatı ilə birgə “Ümummilli Lider: tarix yaradan Heydər Əliyev nümunəsi”, Mingəçevir Şəhər İcra Hakimiyyəti ilə birgə “Heydər Əliyev və Azərbaycanda milli intibah dövrü”, Mərkəzi Aran Regional Təhsil İdarəsi və Yevlax Şəhər İcra Hakimiyyəti ilə birgə “Heydər Əliyev və Azərbaycan təhsili”, Ağdam Rayon İcra Hakimiyyəti ilə birgə “Heydər Əliyevin zəngin dövlətçilik irsinin əsas istiqamətləri”, “Azərbaycan İES” MMC ilə birgə “Azərbaycanda mühəndisliyin inkişafında Ulu Öndər Heydər Əliyevin rolu”, Lənkəran Dövlət Universiteti və Azərbaycan Texnologiya Universiteti ilə birgə “Heydər Əliyevin xilaskar qayıdışı” mövzusunda elmi-praktiki konfranslar təşkil edib.
“Heydər Əliyev İli” çərçivəsində universitetdə 10 elmi-praktik seminar, 7 “dəyirmi masa” keçirilib və 5 mühazirə oxunub. MDU və Mərkəzi Aran Regional Təhsil İdarəsinin birgə təşkilatçılığı ilə 7 şəhər və rayonda (Mingəçevir, Yevlax, Ağdaş, Göyçay, Ucar, Zərdab və Kürdəmir) “Heydər Əliyevin zəngin dövlətçilik irsinin əsas istiqamətləri” mövzusunda elmi seminarlar keçirilib. Geniş təhsil ictimaiyyətinin qatıldığı bu tədbirlərdə MDU alimləri məruzələrlə çıxış edərək Ümummilli Liderin müstəqil Azərbaycanın qurulmasında, milli-mənəvi dəyərlərimizin, eləcə də Azərbaycan dilinin qorunmasında və zənginləşməsində, milli ədəbiyyatın inkişafında göstərdiyi misilsiz xidmətlərdən danışıblar.
Bununla yanaşı, cari ildə MDU-da “Azərbaycanın sosial siyasətinin inkişaf tendensiyaları və prioritetləri” və “Ulu Öndər Heydər Əliyev Azərbaycanda müstəqil enerji sisteminin yaradıcısıdır” mövzusunda elmi-praktik seminarlar, habelə “Heydər Əliyev İli” çərçivəsində doktorant, dissertant və gənc tədqiqatçıların elmi seminarı təşkil olunub. Həmçinin universitetdə “Azərbaycanın dövlət müstəqilliyi əbədidir, sarsılmazdır və dönməzdir”, “Heydər Əliyev və müasir Azərbaycan”, “14 iyul 1969-cu il: Müstəqil və qüdrətli Azərbaycanın təməlinin qoyulduğu gün”, “Heydər Əliyev və Azərbaycan dili”, “Əsrin müqaviləsi tarixi zəfərimizə gedən yolun başlanğıcıdır”, “Ümummilli Lider müasir Azərbaycanın qurucusudur” və “Tarix yazan əbədiyaşar lider” mövzularında keçirilən “dəyirmi masa”larda əbədiyaşar liderin titanik fəaliyyətinin müxtəlif aspektlərindən bəhs edilib.
Habelə, MDU və Mərkəzi Aran Regional Təhsil İdarəsinin birgə təşkilatçılığı ilə Mingəçevir, Yevlax, Zərdab və Ağdaş məktəblərində “Heydər Əliyev müstəqil Azərbaycanın qurucusudur” mövzusunda keçirilən mühazirələr Ümummilli Liderimizin zəngin dövlətçilik irsinin öyrənilməsi və gələcək nəsillərə çatdırılması sahəsində görülən işlərə töhfə vermək məqsədi daşıyıb. Eləcə də, universitetdə “Heydər Əliyev: əbədiyaşar lider, müstəqil Azərbaycan dövlətinin qurucusu və yaradıcısı” və “Azərbaycan tarixində Heydər Əliyev zirvəsi” mövzusunda təşkil olunan mühazirələrdə əbədiyaşar liderin rəhbərliyi dövründə Azərbaycanda baş vermiş intibah, tərəqqi, milli oyanış və müstəqil dövlət quruculuğundan və Ulu Öndərin müəllifi olduğu azərbaycançılıq ideologiyasının tarixi əhəmiyyətindən danışılıb.
2023-cü ildə MDU-da “Heydər Əliyev xatirələrdə” adlı layihə uğurla icra olunub. Layihə çərçivəsində universitetdə keçirilən görüşlərdə elm və təhsil nazirinin müavini Firudin Qurbanov, “Şöhrət” ordenli, professor Şahlar Əsgərov və ETN Riyaziyyat və Mexanika İnstitutunun baş direktoru, professor Misir Mərdanov Ulu Öndərimizlə bağlı xatirələrini Mingəçevir təhsil ictimaiyyəti ilə bölüşüblər.
Sevindirici haldır ki, “Heydər Əliyev İli” çərçivəsində keçirilən tədbirlərdə MDU-nun tələbə, magistrant və doktorantları xüsusi fəallıq göstəriblər. Belə ki, 2023-cü il ərzində tələbə, magistrant və doktorantların iştirakı ilə ümumilikdə 9 elmi konfrans keçirilib.
Tələbələr Ümummilli Liderimizin 100 illik yubileyinə həsr olunmuş “Heydər Əliyev və Azərbaycan tarixi” lX ümumrespublika bilik yarışında, respublika bədii yaradıcılıq festivalında, “Heydər Əliyev və gəncliyimiz” adlı esse müsabiqəsində, eləcə də respublika və şəhər miqyaslı digər çoxsaylı idman oyunlarında və intellektual müsabiqələrdə MDU-nu uğurla təmsil ediblər. MDU-nun 2 tələbəsi Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamı ilə təsis edilmiş “Heydər Əliyev adına təqaüd”ə layiq görülüb.
İl ərzində MDU-da Ulu Öndərin 100 illik yubileyinə həsr olunan çoxsaylı ağacəkmə aksiyası təşkil olunub, universitetin hər iki tədris korpusunda olan Heydər Əliyev guşələri müasir formatda tamamilə yenidən qurulub, akademik heyət üzvləri mətbuatda və televiziya kanallarında mütəmadi çıxışlar ediblər.
Tarixi şəxsiyyətin zəngin irsinin öyrənilməsi və təbliği növbəti illərdə də MDU-nun əsas prioritetlərindən olacaq.
Şahin BAYRAMOV,
Mingəçevir Dövlət Universitetinin rektoru -

Mingəçevir Dövlət Universiteti payız imtahan sessiyasına tam hazırdır
Mingəçevir Dövlət Universitetində (MDU) 2023/2024-cü tədris ilinin payız semestrinin imtahan sessiyasına hazırlıqla bağlı bütün işlər vaxtında başa çatdırılıb.
İmtahan sessiyası Azərbaycan Respublikasının Elm və təhsil nazirinin “2023/2024-cü tədris ilinin payız semestrinin imtahan sessiyasının təşkili və keçirilməsi barədə” 15 dekabr 2023-cü il tarixli 3-29/3-2-721F/2023 nömrəli əmrinin tələbləri gözlənilməklə təşkil ediləcəkdir. Qeyd olunan sənəd əsasında MDU üzrə verilmiş müvafiq əmrdə hər bir struktur bölməyə konkret tapşırıqlar verilib, dəqiq funksional iş bölgüsü aparılıb və imtahan sessiyasının mövcud qanunvericiliyin tələbləri çərçivəsində təşkili məqsədilə müvafiq addımların atılması nəzərdə tutulub.
MDU-da imtahan sessiyası 29 dekabr 2023-cü il – 01 fevral 2024-cü il tarixlərində ənənəvi formada təşkil ediləcəkdir. Tələbələrin aralıq qiymətləndirilməsi hər biri 10 bal olmaqla 5 suala verilən cavab əsasında şifahi, yazılı və test şəkilində həyata keçiriləcəkdir.
Cari imtahan sessiyasıda baş tutacaq 1200-dən çox imtahanda 4000-dən artıq tələbə və magistrantın iştirakı gözlənilir. İmtahan sessiyası ilə bağlı bütün texniki və təşkilati işlər vaxtında görülüb, tələbələrin cari qiymətləndirilməsi başa çatdırılıb, imtahan cədvəlləri təsdiq edilib, hər bir fənn üzrə imtahan sualları vaxtında tələbələrə çatdırılıb.
İmtahan sessiyasının obyektiv, şəffaf və mütəşəkkil keçirilməsini təmin etmək, eləcə də yаrаnа biləcək nеqаtiv hаllаrı dərhаl аrаdаn qаldırmаq və digər müvаfiq tədbirləri həyаtа kеçirmək məqsədilə “İmtahan Qərargahı”, “İmtahanlara dəstək qrupu” və “Apellyasiya Komissiyası” yaradılıb. Eyni zamanda, sessiya ərzində “Qaynar xətt”in (telefon və e-mail vasitəsilə) fəaliyyəti təmin ediləcək, rektorun iştirakı ilə “Açıq Qapı” günləri keçiriləcəkdir. -

Rektor Şahin Bayramov: Hər birinizə imtahanlarda uğurlar arzulayırıq
Mingəçevir Dövlət Universitetinin (MDU) əziz tələbə və magistrantları!
2023/2024-cü tədris ilinin payız semestrinin imtahan sessiyasına start veririk.
Hər birinizə imtahanlarda uğurlar arzulayırıq.
İmtahanların şəffaf, obyektiv və mütəşəkkil qaydada keçirilməsi üçün bütün hazırlıq işləri görülüb.
İmtahan sessiyası mövcud qanunvericiliyin və Azərbaycan Respublikasının Elm və təhsil nazirinin müvafiq əmrinin tələbləri əsasında keçiriləcəkdir.
Sessiya müddətində İmtahan Qərargahı, “Qaynar Xətt”, İmtahanlara Dəstək Qrupu və Apellyasiya Komissiyası fəaliyyət göstərəcəkdir.
İmtahanlarda valideynlərin, ictimaiyyət nümayəndələrinin və MDU İctimai Nəzarət Şurasının üzvlərinin iştirakı təmin ediləcəkdir.
Hər həftə rektorun iştirakı ilə “Açıq qapı” günləri keçiriləcəkdir.
Dəyərli professor-müəllim heyətimizin qazandırdığı bilik və bacarıqları nümayiş etdirməklə imtahanlarda uğur qazanacağınıza inanırıq.
